Bakı. TurkicWorld:
Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyətinin Monteneqro Respublikasına rəsmi səfəri davam edir.
Bu barədə TurkicWorld-ə Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.
Azərbaycan nümayəndə heyəti səfər çərçivəsində paytaxt Podqoriça şəhərində "Partizan döyüşçüsü" abidəsini ziyarət edib. Milli Məclisin sədri adından abidənin önünə əklil qoyulub.