Şimali Kiprin prezidenti Azərbaycanın media nümayəndələri ilə görüşüb

Şimali Kiprin prezidenti Azərbaycanın media nümayəndələri ilə görüşüb

Şimali Kipr Türk Respublikasının prezidenti Ersin Tatar Azərbaycanın aparıcı media qurumlarının nümayəndələri ilə onlayn formatda görüş keçirib.

TurkicWorld məlumatına görə, E.Tatar ilk növbədə Azərbaycanın haqlı mübarizəsi olan Qarabağ müharibəsində zəfəri münasibətilə təbrik edib və bu qələbənin təkcə Azərbaycanın deyil, bütün türk dünyasının qələbəsi olduğunu vurğulayıb.

“Bizim qəlbimiz, həyəcanımız və taleyimiz birdir. Sizin kədəriniz bizim kədərimiz, sevinciniz bizim sevincimizdir və buna mane olmağa heç kimin gücü çatmaz”, - deyə E.Tatar bildirib.

O xatırladıb ki, Şimali Kiprdə çoxlu sayda azərbaycanlı yaşayır və əlavə edib ki, Şimali Kipr türklərinin mübarizəsi həm də bütün türk dünyası adına aparılan mübarizədir.

Görüşdə Türkiyə-Azərrbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun rəhbəri Aygün Attar, Trend BİA-nın Xarici Layihələr Direksiyasının rəhbəri Rufiz Hafizoğlu, Real TV, Baku TV, Report, APA və digər media qurumlarının nümayəndələri iştirakm edib.