Türkiyənin müdafiə sənayesindəki prosesləri qürurla izləyirik - Hulusi Akar

Türkiyənin müdafiə sənayesindəki prosesləri qürurla izləyirik - Hulusi Akar

Türkiyənin Milli müdafiə naziri Hulusi Akar müdafiə sənayesindəki inkişafları qürurla izlədiklərini ifadə edərək Türkiyənin önündəki texnologiya baryerlərini aşacaqlarını söyləyib.

TurkicWorld-un məlumatına görə, baş qərargah rəisi general Yaşar Gülər, komandirlər və nazir müavini Muhsin Dərə ilə Maşın Kimya Sənayesi (MKE) sursat zavoduna baş çəkən Hulusi Akar orada işçilərlə görüşüb.

Türkiyənin təsir və maraq dairəsinin genişləndiyini bildirən Akar deyib: "Hörmətli ölkə başçısımızın liderliyi altında Türkiyə beynəlxalq arenada artıq bir mübtəda halına gəlib. Yerli və milli müdafiə sənayesi artıq bir seçim deyil, zərurət olub. Əvvəllər sadə tüfəngimizin patenti də xarici idi. Lakin indi yüngül silahlarımızdan tutmuş gəmi, “Fırtına” haubitsaları, vertolyotları, PUA (İHA) və silahlı PUA-ları (SİHA) ixrac edirik. Yüksək texnologiyaya söykənən silah-sursat Mehmetciyin müvəffəqiyyətlərini daha da artırır".

Hulusi Akar qeyd edib ki, müdafiə sənayesindəki prosesləri böyük bir həyəcan və qürurla izləyirik. Bu sahədə Maşın Kimya Sənayesinin rolu çox əhəmiyyətli və böyükdür. Bu gün müdafiə sənayesi sektorunda millilik və yerlilik nisbəti 80 faizə çatıb. Yetərmi? Yetməz. Bundan sonrakı işlər daha çətindir. Tək ürək, tək yumruq olaraq daha çox çalışaraq önümüzdəki texnologiya baryerlərini aşmalıyıq.