Türkiyə MN 23 Aprel münasibətilə paylaşım edib

Türkiyə MN 23 Aprel münasibətilə paylaşım edib

Bakı. TurkicWorld:

Türkiyə Milli Müdafiə Nazirliyi 23 Aprel Milli Suverenlik və Uşaqlar Günü münasibətilə təbrik məktubu dərc edib.

TurkicWorld xəbər verir ki, Türkiyə MN bununla bağlı X sosial media hesabında paylaşım edib.

"Türk millətinin iradəsi olan Türkiyə Böyük Millət Məclisinin yaranmasının 104-cü ildönümü mübarək. Cümhuriyyətimizin qurucusu Qazi Mustafa Kamal Atatürkü, silahdaşlarını, Qurtuluş Savaşımızın qəhrəmanlarını rəhmət və hörmətlə anırıq”, - deyə paylaşımda qeyd edilib.

Qeyd edək ki, Milli Suverenlik və Uşaq Bayramı Türkiyə Böyük Millət Məclisinin açılışının ildönümü olan aprelin 23-də Türkiyə Respublikasında və Şimali Kipr Türk Cümhuriyyətində qeyd olunan milli və rəsmi bayramdır.

Türkiyə Cümhuriyyətinin ilk milli bayramı olan bu bayram 1921-ci ildən Türkiyədə “23 Aprel Milli Bayramı” kimi qeyd olunmağa başlanıb.