İsrail-İran gərginliyi ilə əlaqədar bütün tədbirlər görülüb - Türkiyə MN

İsrail-İran gərginliyi ilə əlaqədar bütün tədbirlər görülüb - Türkiyə MN

Bakı. TurkicWorld:

İsrail-İran gərginliyi ilə əlaqədar bütün hadisələr ilk andan yaxından izlənilib, bütün tədbirlər görülüb və görülməkdə davam edir.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi mənbələri məlumat yayıb.

"Türkiyə həm müvafiq ölkələrdə, həm də beynəlxalq platformalarda regionda baş verən böhranların qarşısının alınmasında əvəzsiz aktordur", - deyə açıqlamada qeyd edilib.

Qeyd edək ki, İran İnqilabı Keşikçiləri Korpusu (SEPAH) 13 aprel tarixində iki regional düşmən arasında böyük gərginliyə səbəb ola biləcək onlarla pilotsuz uçuş aparatı (PUA) və raketlər ataraq İsrailə hücuma başlayıb.

X: Lamanasadli01