Bakı. TurkicWorld:
Qərb dövətləri əksər hallarda İslamı inkar ediblər. Son 20 ildə Qərbdə islamofobiyanın kifayət qədər artığını görürük.
TurkicWorld-in məlumatına görə, bunu "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" mövzusunda beynəlxalq elmi konfransda "Müsəlman İnstitutu" Mərkəzinin (Pakistan) sədri Sultan Əhməd Əli (Sultan Ahmad Ali) deyib.
O qeyd edib ki, islamofobiyanın səbəbləri araşdırımalıdır və İslam haqqında dünyada düzgün məlumatlar çatdırılmalıdır.
"İslamofobiyanın yayılmasının səbələrindən biri də İslam haqqında düzgün təbliğat aparılmamasıdır. Biz islamofobiyaya qarşı birgə mübarizə aprmalıyıq", - deyə o, əlavə edib.
Qeyd edək ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi, G20Dinlərarası Dialoq Forumu və Bakı Təşəbbüs Qrupunun birgə təşkilatçılığı ilə İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününün 2-ci il dönümünə həsr olunan "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" mövzusunda beynəlxalq elmi konfrans keçirilir.