Bakı. TurkicWorld:
Konfransda Fransa müstəmləkəçiliyindən əziyyət çəkən vətəndaşların yaratdığı milli hərəkatın nümayəndələri və onların yaratdığı partiyaların prezidentləri iştirak edirlər.
TurkicWorld xəbər verir ki, bu barədə Bakı Təşəbbüs Qrupunun direktoru Abbas Abbasov deyib.
O qeyd edib ki, digər beynəlxalq təşkilatlar da buradadır.
"Konfransın adı təsadüfi deyil, çünki müstəmləkəçiliyin oyanışında yeni dövr başlayır. Biz istəyirik ki, bu dövr İstanbuldakı konfransla başlasın. İstanbul bizim ikinci vətənimizdir, ona görə də burada təşkil edirik. Son 4 aydır ki, biz dünyanın diqqətini müstəmləkəçilik siyasətləri və Fransa dövlətinin hərəkətləri nəticəsində zərər çəkən xalqların vəziyyətinə yönəltməyə çalışırıq.
Müstəmləkəçilik siyasətindən zərər çəkmiş ölkələrdən diplomatlar, professorlar və milli hərəkat partiyalarının nümayəndələrinin iştirak etdiyi konfrans 2 paneldən ibarətdir. Birinci paneldə öz dilinə, mədəniyyətinə və tarixinə qovuşmaq üçün nələr edilməli, ikinci paneldə isə müstəqilliklərini əldə etməyin hüquqi yolları, Fransa dövlətinin süni maneələri müzakirə edilib", - deyə o, əlavə edib.