Qəzzada HƏMAS-ın tam məhvi mümkün olmayacaq - Rufiz Hafizoğlu

Qəzzada HƏMAS-ın tam məhvi mümkün olmayacaq - Rufiz Hafizoğlu

Bakı. TurkicWorld:

Qəzzada HƏMAS-ın tam məhvi mümkün olmayacaq.

TurkicWorld xəbər verir ki, bu sözləri Trend BİA-nın direktor müavini, “Türk Dünyası” (Turkic.World) media platformasının rəhbəri, siyasi şərhçi Rufiz Hafizoğlu ARB 24-ə açıqlamasında deyib.

"Qəzza ümumilikdə HƏMAS-ın nəzarəti altında olan bir bölgədir və BMT işçilərinin orada HƏMAS ilə sıx əlaqədə olması qeyri-adi bir vəziyyət deyil. Bu gün HƏMAS adlandırılan qruplaşma, sadəcə, HƏMAS-dan ibarət deyil, belə ki siyasi və hərbi qanadlar var. Bölgədə vəziyyət olduqca acınacaqlıdır. 7 oktyabr tarixindən başlayan münaqişə artıq yeni bir mərhələyə qədəm qoyub. Baş verən əməliyyatlar 26 mindən çox dinc insanın ölümünə səbəb olub",- deyə o bildirib.

Rufiz Hafizoğlu qeyd edib ki, Qəzzada HƏMAS-ın məhvi mümkün deyil.

"İsrail müharibəyə başlayanda demişdi ki, HƏMAS-ı bir həftəyə bitirəcək, amma daha sonra müharibənin uzanacağını bildirdilər. Bu gün isə İsrail rəsmiləri açıq şəkildə deyirlər ki, HƏMAS-ın irəli sürdüyü şərtlərlə bu və ya digər şəkildə razılaşmaq lazımdır",- deyə o vurğulayıb.