TDT-nin üzvü olan bütün ölkələrdən müşahidəçilər Azərbaycanda seçkiləri izləyəcək

TDT-nin üzvü olan bütün ölkələrdən müşahidəçilər Azərbaycanda seçkiləri izləyəcək

Bakı. TurkicWorld:

Bu il fevralın 7-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidenti seçkilərini Türk Dövlətləri Təşkilatına (TDT) üzv olan bütün ölkələrdən müşahidəçilər izləyəcəklər.

TurkicWorld xəbər verir ki, bu barədə secki-2024.az saytına TDT-nin katibliyindən məlumat verilib. Bildirilib ki, hazırda müşahidəçilərin siyahısı və missiyanın Azərbaycanda fəaliyyət proqramı dəqiqləşdirilir.

Qeyd edək ki, TDT-nin müşahidə missiyasının fevralın 4-dən 8-dək Azərbaycanda səfərdə olacağı nəzərdə tutulub.