Türk Dövlətləri Təşkilatının 11-ci Dövlət Başçıları Zirvəsi Qırğızıstanda keçiriləcək

Türk Dövlətləri Təşkilatının 11-ci Dövlət Başçıları Zirvəsi Qırğızıstanda keçiriləcək

Bakı. TurkicWorld:

Türk Dövlətləri Təşkilatının (TDT) 11-ci Dövlət Başçıları Zirvəsi Qırğızıstanda keçiriləcək.

TurkicWorld bunu Qırğızıstan Xarici İşlər Nazirliyinə istinadən bildirir.

Xatırladaq ki, Türk Dövlətləri Təşkilatının (TDT) 10-cu Dövlət Başçıları Zirvəsi 2023-cü ilin noyabr ayında Qazaxıstanın paytaxtı Astanada keçirilib.