Son dəqiqə

MSK Azərbaycanda Prezident Seçkiləri - 2024

Prezident seçkiləri ilə əlaqədar 6 524 203 seçki bülleteni çap olunacaq - MSK sədri

Bakı. TurkicWorld:

Fevralın 7-də keçiriləcək prezident seçkiləri ilə əlaqədar 6 524 203 seçki bülleteninin çap edilməsi nəzərdə tutulur.

TurkicWorld Secki-2024.az-a istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

O bildirib ki, seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanma qaydasına dair tələblər Seçki Məcəlləsinə əsasən MSK-nın qərarı ilə müəyyən olunub:

“Seçki bülletenləri çap olunduqca qanunvericiliyin tələblərinə uyğun qaydada və müddətdə MSK-dan dairə seçki komissiyalarına, dairə seçki komissiyalarından isə məntəqə seçki komissiyalarına veriləcək”.

Mövzuya görə xəbərlər