Bakı, TurkicWorld
Növbədənkənar parlament seçkilərində veb-kameralara baxış sayı məlum olub.
TurkicWorld xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında məlumat verilib.
Növbədənkənar parlament seçkilərində veb-kameralara baxış sayı 570 049 olub. Bu, 2020-ci ildə keçirilən parlament seçkiləri ilə müqayisədə 2 dəfədən çoxdur. 2020-ci ildə parlament seçkilərində veb-kameralara baxış sayı 227 866 olub.
MSK sədri Məzahir Pənahov qeyd edib ki, veb-kamera ilə seçkiləri müşahidə edənlərin sayındakı ciddi artımın, veb-kameraların seçki prosesindəki səmərəliliyinin göstəricisidir.
Qeyd edək ki, sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. Seçkiləri müşahidə etmək üçün 112 min 749 yerli müşahidəçi qeydə alınıb. Onlardan 65 mindən çoxu siyasi partiyaların nümayəndələridir. Qeydə alınmış beynəlxalq müşahidəçilərin sayı 598 nəfər olub ki, onlar 51 Təşkilatı, 69 ölkəni təmsil edib. Parlament seçkilərində qeydə alınan 990 namizəddən 305-i 25 siyasi partiyanın nümayəndəsidir. 371 nəfər siyasi partiyaların üzvü olmasına baxmayaraq, partiyalar tərəfindən namizəd olaraq irəli sürülməyiblər. Ümumilikdə 676 namizədin siyasi partiya mənsubiyyəti var.