Fransanın Azərbaycanla mədəni körpüləri yandırması ən son addımdır - Elçin Əmirbəyov

Fransanın Azərbaycanla mədəni körpüləri yandırması ən son addımdır - Elçin Əmirbəyov

Bakı. TurkicWorld:

Fransanın Azərbaycanla mədəni körpüləri yandırması ən son addımdır.

TurkicWorld xəbər verir ki, bu barədə Fransanın “Le Monde” qəzetinə müsahibəsində XIX əsr Azərbaycan şairəsi Xurşidbanu Natəvanın 2017-ci ildə fransız Evianında qoyulmuş abidəsinə qarşı ötən il dekabrın 30-da törədilən vandalizm aktını pisləyən Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov bildirib.

Fransanın Azərbaycana münasibətdə təəccüb və dərin təəssüf hissi doğuran fəhmsiz davranışını xatırladan Prezidentin nümayəndəsi qeyd edib ki, “xarici ölkələrlə münasibətlərimizin tarixində ilk dəfə hər hansı bir ölkə ikitərəfli münasibətlərimizə əsaslanmayan və erməni diasporunun təzyiqi altında bu qədər çoxlu sayda qərəzli qətnamələr qəbul edir”.

Paris ilə Bakı arasında münasibətlərdə davam edən diplomatik böhrana həsr olunmuş yazıda bu il yanvarın 18-də Milli Məclisin Fransa Senatının bir gün əvvəl qəbul etdiyi növbəti anti-Azərbaycan qətnaməsinə reaksiyası qismində Azərbaycan hökumətinə Fransa ilə bütün iqtisadi əlaqələri kəsmək barədə çağırışı da xatırladılır.