Ermənistan Yanvar faciəsi ilə bağlı faktları təhrif edir - Ayxan Hacızadə

Ermənistan Yanvar faciəsi ilə bağlı faktları təhrif edir - Ayxan Hacızadə

Bakı. TurkicWorld:

Ermənistan Yanvar faciəsi ilə bağlı faktları təhrif edir.

TurkicWorld xəbər verir ki, bunu Azərbaycan XİN-in sözçüsü Ayxan Hacızadə Ermənistan XİN-in iddialarına cavabında deyib.

“Azərbaycanı deportasiya və etnik təmizləmədə ittiham etmək absurd olmaqla yanaşı, həm də Ermənistanın azərbaycanlılara qarşı sistemli etnik təmizləmə siyasətini ört-basdır etmək cəhdidir” – diplomat bildirib.