44 günlük Vətən müharibəsinin xronikası: 7 noyabr

44 günlük Vətən müharibəsinin xronikası: 7 noyabr
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. TurkicWorld Vətən müharibəsinin xronikasını təqdim edir. - Prezident İlham Əliyev özünün rəsmi "Twitter" səhifəsində Azərbaycan Ordusunun Xocalının iki kəndinin işğaldan azad etməsi ilə bağlı paylaşım edib. - Prezident İlham Əliyev özünün rəsmi "Twitter" səhifəsində Azərbaycan Ordusunun Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Xocavənd rayonlarının bir neçə kəndini işğaldan azad etməsi ilə bağlı paylaşım edib. - Düşmənin D-30 artilleriya divizionunun 3-cü batareyasının topları darmadağın edilib. Düşmənin texnikası və canlı qüvvəsi məhv edilib. - Düşmənin xüsusi təyinatlı hərbi hissəsinin şəxsi heyəti mühasirəyə alınaraq məhv edilib. - Düşmən Tərtər və Ağcabədini artilleriya atəşinə tutub. Düşmən Ağdamın kəndlərini atəşə tutub. - Ermənistanın Bərdəyə raket atəşi nəticəsində 16 yaşlı yeniyetmə həlak olub. - Cəbrayıl rayonunun işğaldan azad olunan kəndlərinin növbəti videogörüntüsü yayılıb. - Cəbhənin Ağdam istiqamətində düşmən itki verib. Düşmənin növbəti hərbi kolonu məhv edilib.