Son dəqiqə

Azərbaycan Qarabağ

"Al Jazeera" Qarabağa Azərbaycan xalq musiqisinin qayıdışı barədə reportaj hazırlayıb

Bakı. TurkicWorld:

"Al Jazeera" telekanalı Qarabağa Azərbaycan xalq musiqisinin qayıdışı barədə reportaj hazırlayıb.

TurkicWorld xəbər verir ki, videomaterialda Azərbaycanın simli musiqi aləti tarın hazırlanma prosesindən bəhs olunur.

Birinci Qarabağ müharibəsində Cəbrayıldan köçkün düşmüş musiqi müəllimi Məzahir Verdiyev telekanala müsahibəsində 30 ildən sonra hər bir məcburi köçkünün öz doğma torpaqlarına qayıtmaq istədiyini qeyd edib.

"Mən tarda ifa etmək, həmçinin, uşaqlara bunu öyrətmək və bu gözəl sənətə yiyələnməkdə onlara kömək etmək istəyirəm", - o deyib.

TurkicWorld videomaterialı təqdim edir:

Mövzuya görə xəbərlər