44 günlük Vətən müharibəsinin xronikası: 2 noyabr

44 günlük Vətən müharibəsinin xronikası: 2 noyabr
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Trend Vətən müharibəsinin xronikasını təqdim edir. - Prezident İlham Əliyev özünün rəsmi "Twitter" səhifəsində Azərbaycan Ordusunun Cəbrayıl, Zəngilan, Qubadlı rayonlarının bir neçə kəndini işğaldan azad etməsi ilə bağlı paylaşım edib. - Prezident İlham Əliyev Türkiyənin keçmiş Baş Naziri Binəli Yıldırımın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib - Prezident İlham Əliyev Türk Şurasının Baş katibini və digər şəxsləri qəbul edib. - Düşmənin məhv edilən hərbi texnikasının siyahısı açıqlanıb. - Düşmən Ağdam və Ağcabədi rayonlarının ərazisini atəşə tutub. Ermənistan dövlət sərhədində atəşkəs rejimini pozub. Hücuma cəhd edən düşmən 30-a qədər itki verərək geri çəkilib. - Düşmənin Su-25 döyüş təyyarəsi məhv edilib. Düşmənin daha 4 ədəd "Qrad"ının məhv edilməsinin videogörüntüsü yayılıb. - Düşmən Tərtər və Goranboy rayonlarının ərazisini intensiv atəşə tutub. Düşmən növbəti dəfə Ermənistan ərazisindən Qubadlını atəşə tutub. - Düşmənin canlı qüvvəsi darmadağın edilməsinin videogörüntüsü yayılıb. - Düşmənin "KUB" zenit-raket kompleksi dəqiq atəşlə məhv edilməsinin videogörüntüsü yayılıb.