44 günlük Vətən müharibəsinin xronikası: 1 noyabr

44 günlük Vətən müharibəsinin xronikası: 1 noyabr
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. TurkicWorld Vətən müharibəsinin xronikasını təqdim edir. - Prezident İlham Əliyev Türkiyənin Xarici İşlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. - Müdafiə Nazirliyi cəbhədə noyabrın 1-nə olan son vəziyyəti açıqlayıb. Düşmənin məhv edilən hərbi texnikasının siyahısı açıqlanıb. Ermənistan dövlət sərhədində atəşkəs rejimini pozub. - Düşmən Tərtər və Ağcabədi rayonlarının ərazisini atəşə tutub. - Düşmənin döyüş sursatı yüklənən hərbi yük maşınları məhv edilməsinin videogörüntüsü yayılıb. Düşmənin iki ədəd "Qrad"ı məhv edilib. - Düşmənin iki artilleriya batareyası məhv edilməsinin videogörüntüsü yayılıb. - Düşmənin canlı qüvvəsinin məhv edilməsinin videogörüntüsü yayılıb. - Düşmənin hərbi avtomobil korteji məhv edilməsinin videogörüntüsü yayılıb.