Ərdoğan və Baydenin görüşü gözlənilir - Cənubi Qafqaz müzakirə olunacaq

Ərdoğan və Baydenin görüşü gözlənilir - Cənubi Qafqaz müzakirə olunacaq
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ prezidenti yaxın günlərdə görüşü nəzərdə tutulub. TurkicWorld-un məlumatına görə, İtaliyanın paytaxtı Romada keçirilən G20 sammiti çərçivəsində Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın bildirib. O bildirib ki, görüş zamanı liderlər Cənubi Qafqaz məsələsini də müzakirə edəcəklər: "Görüş İtaliyada, ya da iqlim sammitinin keçiriləcəyi Böyük Britaniyada baş tuta bilər. Görüşün detalları ilə bağlı iş aparılır. Görüş zamanı bir çox məsələlər, Əfqanıstandan Liviyaya, Suriyadan Cənubi Qafqaza kimi regional məsələlər, eləcə di ikitərəflim münasibətlər, müdafiə sənayesi müzakirə olunacaq".