Son dəqiqə

Azərbaycan Milli Məclis Vatikan

Azərbaycan Vatikanda səfirlik açacaq - Milli Məclis təsdiqlədi

Azərbaycan Vatikanda səfirlik açacaq.

TurkicWorld-un məlumatına görə, bununla bağlı “Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tacda Səfirliyinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Deputatlar bildirib ki, səfirliyin açılması tərəflər arasında əlaqələrin inkişafına mühüm töhfə verəcək.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq qəbul edilib.

Mövzuya görə xəbərlər