ANAMA əməkdaşının mina partlayışı nəticəsində xəsarət alması bizi kədərləndirdi - ABŞ səfirliyi

ANAMA əməkdaşının mina partlayışı nəticəsində xəsarət alması bizi kədərləndirdi - ABŞ səfirliyi

Bakı. TurkicWorld:

Bu gün Ağdam rayonunda minaların zərərsizləşdirilməsi sahəsində çalışan mütəxəssisin xəsarət alması xəbəri bizi kədərləndirdi.

TurkicWorld xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı Səfirliyi "X" hesabında məlumat yayıb.

"Biz minalardan həlak olmuş şəxslərin ailələrinə və yaxınlarına başsağlığı veririk. ABŞ Azərbaycana ərazilərin minalardan təmizlənməsi işində yardım edən sadiq tərəfdaşdır. 2021-ci ilin noyabr ayından etibarən ABŞ münaqişədən zərər çəkmiş ərazilərdə humanitar minatəmizləmə əməliyyatları üçün 3,5 milyon dollar ayırıb", - deyə qeyd olunub.