44 günlük Vətən müharibəsinin xronikası: 27 oktyabr

44 günlük Vətən müharibəsinin xronikası: 27 oktyabr
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. TurkicWorld Vətən müharibəsinin xronikasını təqdim edir. - Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəsmi "İnstagram" səhifəsində paylaşım edilib. - Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yaydı. - Ermənistanın motoatıcı diviziyasının qərargah rəisi məhv edilib. Düşmənin məhv edilən hərbi texnikasının siyahısı açıqlanıb. - Tərtər şəhəri və rayonun kəndləri atəşə tutulub. - Azərbaycan ordusu cəmi bir ay ərzində 4 şəhər, 4 qəsəbə, 165 kənd azad edib. - Goranboy, Tərtər və Bərdə rayonlarının əraziləri atəşə tutulub. Ermənistanın Bərdəyə raket atəşi nəticəsində ölənlərin sayı 4-ə çatıb. Bərdədə həlak olanlardan biri 8 yaşlı uşaqdır. - Müdafiə Nazirliyi bildirir ki, ötən sutka ərzində düşmən humanitar atəşkəs rejimini dəfələrlə pozub.