Son dəqiqə

Rufiz Hafizoğlu

Azərbaycanın heç vaxt dini-mədəni irsi dağıtmaq, məhv etmək hədəfi olmayıb - Rufiz Hafizoğlu

Bakı. TurkicWorld:

Azərbaycanın heç vaxt dini-mədəni irsi dağıtmaq, məhv etmək hədəfi olmayıb.

TurkicWorld xəbər verir ki, bu sözləri Trend BİA-nın baş direktorunun müavini, "Türk Dünyası" (Turkic.World) media platformasının rəhbəri, siyasi şərhçi Rufiz Hafizoğlu ATV-yə açıqlamasında deyib.

"Biz kilsələrə qarşı hər hansı bir mübarizə aparmamışıq. Ümümiyyətlə, bizim dini-mədəni irsi dağıtmaq kimi hədəfimiz olmayıb. Azərbaycan məscidlərində ermənilər donuz saxlayanda UNESCO harda idi? Bu baxımda təəssüflə qeyd edirəm ki, UNESCO və digər beynəlxalq qurumlar artıq öz missiyalarını itiriblər. Təkcə Azərbaycana qarşı deyil, eyni zamanda bir çox türkdilli ölkələrə qarşı da atılan analoji addımlar bir daha sübut edir ki, UNESCO müstəqil bir qurum deyil və burada Türk-Azərbaycan düşmənçiliyi hökm sürür",- deyə Rufiz Hafizoğlu bildirib.

Aytac Süleymanova

Twitter: a_alieva_

Mövzuya görə xəbərlər