Son dəqiqə

Azərbaycan Ermənistan ABŞ

ABŞ Dövlət Departamenti Azərbaycanın Vaşinqtonda görüşdən imtina etməsinə münasibət bildirib

Bakı. TurkicWorld:

ABŞ Azərbaycan və Ermənistan arasında sülh danışıqlarını dəstəkləməyə davam edir.

TurkicWorld xəbər verir ki, bu barədə brifinq zamanı ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller deyib.

"Biz Azərbaycan və Ermənistan arasında problemlərin həlli üçün sülh danışıqlarını dəstəkləməyə davam edirik. Biz iki ölkəni ABŞ-da və ya başqa ölkədə bu danışıqlarda iştirak etməyə təşviq edirik və bu siyasəti davam etdirəcəyik", - deyə o bildirib.

Qeyd edək ki, Bakı 2023-cü il noyabrın 20-də Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində baş tutmalı olan görüşdən imtina edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin ABŞ dövlət katibinin köməkçisi Ceyms O'Brayenin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin Avropa üzrə alt komitəsinin dinləmələrində verdiyi əsassız bəyanatlara cavab olaraq bildirdiyi kimi, birtərəfli və qərəzli bəyanatlar faydasız, əsassız və qəbuledilməzdir.

"Belə birtərəfli yanaşma ABŞ-ın vasitəçi rolunu itirməsinə gətirib çıxara bilər. Qeyd etmək vacibdir ki, bu şərtlər daxilində biz Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində təklif olunan görüşün keçirilməsini mümkün hesab etmirik”, - XİN-dən bildiriblər.

Mövzuya görə xəbərlər