Bakı. TurkicWorld:
Ermənistanın 4 qonşusundan ikisi ilə əlaqəsinin olmaması o deməkdir ki, o, əlaqələrinin 50 faizinə malik deyil.
TurkicWorld xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev 4-cü Tbilisi İpək Yolu Forumunda çıxışı zamanı deyib.
"İstənilən regional layihə əməkdaşlığa təkan verir. Əməkdaşlıq sabitlik, sabitlik isə firavanlıq gətirir. Bu, düsturdur. Bu düsturu çox yaxşı başa düşəndə insanların əməkdaşlıq etməmək şansı olmur. Ermənistanın 4 qonşusundan ikisi ilə əlaqəsi yoxdur, bu, öz növbəsində onu göstərir ki, əlaqələrin 50 faizinə malik deyil.
Azərbaycanın isə 5 qonşusundan yalnız biri ilə heç bir əlaqəsi yoxdur, bu da öz növbəsində 20 faiz təşkil edir. Yaxşı haldır ki, Ermənistan bu düsturu anlamağa başlayıb. Firavanlığın yolu mənim əvvəl dediyim formuladan keçir - əməkdaşlıq – stabillik – firavanlıq", - deyə nazir əlavə edib.