Təlimlər iqlim və ərazi relyefi nəzərə alınmaqla 7 bölgədə keçirilib - Ramil Həsənov

Təlimlər iqlim və ərazi relyefi nəzərə alınmaqla 7 bölgədə keçirilib - Ramil Həsənov

Bakı. TurkicWorld:

Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin keçirdiyi operativ birgə taktiki təliminə 3000-dək şəxsi heyət, 130 ədəd zirehli texnika, 100-dək artilleriya vasitəsi, 20-dən artıq aviasiya və uçuş vasitələri, eləcə də mühəndis texnikası və kiçik botlar cəlb olunub.

TurkicWorld xəbər verir ki, bunu polkovnik Ramil Həsənov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu tip təlimlər ildə iki dəfə keçirilir.

"Bu tip təlimin ilki may ayında Türkiyədə keçirilib. Təlimdə qoyulan hədəflərə nail olunub. Əsasən, iqlim və ərazi relyefi nəzərə alınmaqla 7 bölgədə keçirilib. Bu təlimdə onlayn olaraq qoşularaq digər bölgələrdəki təlimin gedişatı izlənilib", - polkovnik qeyd edib.

Qeyd edək ki, ölkəmizdə Türkiyə ilə birgə Mustafa Kamal Atatürk -2023" birgə taktiki təlimi keçirilir. Təlim Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunub.