Son dəqiqə

Avropa İttifaqı Azərbaycan XİN Cozep Borrell

Aİ XİN rəhbərləri Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edəcək

Bakı. TurkicWorld:

Avropa İttifaqına (Aİ) üzv ölkələrin xarici işlər nazirləri bu gün Lüksemburqda keçiriləcək görüşdə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını müzakirə edəcək.

TurkicWorld xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell görüşdən əvvəl jurnalistlərə deyib.

Bundan başqa, iclasın gündəliyinə Qəzzadakı vəziyyət, eləcə də Rusiya-Ukrayna münaqişəsinin müzakirəsi də daxildir.

Qeyd edək ki, bu gün Tehranda "3+3" formatında XİN başçılarının görüşü keçirələcək.

Xarici işlər nazirləri səviyyəsində keçiriləcək iclasda Cənubi Qafqaz üzrə məsələlərin araşdırılması, regional əməkdaşlığın (siyasi, iqtisadi, təhlükəsizlik, tranzit, enerji və sairə) inkişaf etdirilməsi müzakirə olunacaq.

"3+3" formatında keçirilən iclasın əsas məqsədlərindən region problemlərinin regiondan kənar ölkələrin iştirakı olmadan və bölgə ölkələrinin iştirakı ilə həll olunması, Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının həyata keçirilməsini xüsusi qeyd etmək olar.

Xatırladaq ki, "3+3" formatında ilk iclas ötən il Gürcüstanın iştirakı olmadan xarici işlər nazirlərinin müavinləri səviyyəsində Moskvada keçirilib.

Mövzuya görə xəbərlər