Son dəqiqə

Lyuk Frensis Kerol Bakı Təşəbbüs Qrupu

Azərbaycanla bağlı layihələrimiz var - Lyuk Frensis Kerol

Bakı. TurkicWorld:

Biz artıq neçə aydır ki, Bakı Təşəbbüs Qrupu ilə işlər görürük.

TurkicWorld xəbər verir ki, bu barədə Martinikanın Azadlıq Partiyasının rəhbəri Lyuk Frensis Kerol jurnalistlərə açıqlamasında deyib.

"Burada qardaşlıq münasibəti var. Birliyimizin səbəbi Fransa müstəmləkəsinə son qoymaqdır. Bundan əlavə, Azərbaycanla bağlı layihələrimiz də var. Məqsədimiz digər müstəmləkə dövlətləri ilə birləşərək, birgə addım atmaqdır. Azərbaycandakı dostlarımız bizə işdə kömək edir və edəcək. Bu bizə güc verir",- deyə o əlavə edib.

Qeyd edək ki, dünən Bakıda Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə "Neokolonizalizm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik" adlı beynəlxalq konfrans öz işinə başlayıb. Konfransda 14 ölkədən, eləcə də, Fransanın müstəmləkə altında saxladığı dənizaşırı ərazilərinin (Yeni Kaledoniya, Fransız Polineziyası, Fransız Qvianası, Martinika və Qvadelupa), həmçinin, Korsika təmsilçiləri də iştirak edib.

Bakı Təşəbbüs Qrupu (BTQ) Azərbaycan Respublikasının sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində 6 iyul 2023-cü ildə Bakıda "Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru" adlı konfransın iştirakçıları tərəfindən yaradılıb.
BTQ XXI əsrdə hələ də müstəmləkəçilikdən əziyyət çəkən dünyanın müxtəlif bölgələrində yerləşən xalqların azadlıq uğrunda apardıqları mübarizəyə dəstək verir.

Mövzuya görə xəbərlər