Milli Məclis Kahramanmaraşda yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası tikilməsi barədə sazişi müzakirə edəcək

Milli Məclis Kahramanmaraşda yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası tikilməsi barədə sazişi müzakirə edəcək

Bakı. TurkicWorld:

Milli Məclis Türkiyə ilə yeni sazişi müzakirə edəcək.

TurkicWorld -in məlumatına görə, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin oktyabrın 20-də keçirilən onlayn iclasında "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Türkiyə Respublikasının Kahramanmaraş vilayətində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzinin tikilməsi haqqında Əməkdaşlıq Sazişi"nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi müzakirə edilib.

Müzakirələrdən sonra sənəd Milli Məclisin plenar iclasına tövsiyə edilib.