Bakıda istintaq təcridxanasında saxlanılan separatçılarla bağlı BQXK-dən açıqlama

Bakıda istintaq təcridxanasında saxlanılan separatçılarla bağlı BQXK-dən açıqlama

Bakı. TurkicWorld:

Beynəlxalq Qızıl Xaç Komitəsi lokal antiterror tədbirlərindən sonra saxlanılan ermənilərlə görüşün keçirilməsi məsələsinə aydınlıq gətirilib.

TurkicWorld xəbər verir ki, bu barədə BQXK-nın Bakı nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib.

O qeyd edib ki, bununla bağlı əlaqədar qurumlarla danışıqlar aparılır.

Xatırladaq ki, Qarabağda millətçi "Daşnaksütyun" partiyasının lideri, separatçıların keçmiş qondarma "parlament sədri" David İşxanyan ,separatçıların keçmiş "prezidenti" Arayik Harutyunyan, Ruben Vardanyan, Davit Manukyan,Qarabağdakı keçmiş qondarma rejimin "xarici işlər naziri" David Babayan, Bako Saakyan, Lyova Mnatsakanyan, Arkadi Qukasyan Dövlət Təhlükəsizlik Xidməti tərəfindən saxlanılaraq, Bakıya gətirilib.