Bakı. TurkicWorld:
Oktyabrın 14-də Baş Prokurorluqda "Müzəffər Ali Baş Komandan İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsinin 20-ci ildönümü ilə əlaqədar" təntənəli mərasim keçirilir.
TurkicWorld xəbər verir ki, əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə Baş prokuror Kamran Əliyev çıxış edərək Prezident İlham Əliyevin 20 illik fəaliyyəti dövründə prokurorluq orqanlarında aparılan islahatlardan danışıb.