Qarabağdakı sülhməramlıların bundan sonrakı fəaliyyəti ilə bağlı RƏSMİ AÇIQLAMA

Qarabağdakı sülhməramlıların bundan sonrakı fəaliyyəti ilə bağlı RƏSMİ AÇIQLAMA

Bakı. TurkicWorld:

Qarabağdakı Rusiya sülhməramlılarının fəaliyyəti mövcud şəraitə uyğunlaşdırılacaq.

TurkicWorld xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, son bir ildə Qarabağdakı vəziyyət kardinal şəkildə dəyişib:

“2022-ci ilin oktyabrında Ermənistan baş naziri Avropa İttifaqının himayəsi altında keçirilən Praqa sammitində Qarabağ regionunun Azərbaycanın ərazisi kimi tanıyıb. O, bu mövqeyini bu ilin may və iyun aylarında Brüsseldə keçirilən sammitlərdə bir daha təsdiqləyib. Bununla da 2020-ci ildə Rusiya sülhməramlı kontingentinin regiona yerləşdirilməsi şərtləri ciddi şəkildə dəyişib.

19-20 sentyabrdakı toqquşmalardan sonra əhalinin kütləvi şəkildə region tərk etməsi fonunda sülhməramlılarının fəaliyyəti (mövcüd şəraitə - red) uyğunlaşdırılacaq. Bu haqda bir müddət əvvəl Rusiya prezidenti də deyib.

Artıq Rusiya sülhməramlılarının bir sıra stasionar və müvəqqəti müşahidə postları yığışdırılıb. Sülhməramlılarımıza aid prinsipial məsələlər artıq dediyimiz kimi Bakı ilə müzakirə olunur”, - deyə Rusiya XİN sözçüsü vurğulayıb.