Son dəqiqə

Azərbaycan Fransa Ermənistan Rusiya Mariya Zaxarova

Fransanın öhdəliklərdən danışmağa haqqı yoxdur - Zaxarova

Bakı. TurkicWorld:

Fransanın ölkələrarası münasibətlərin tənzimlənməsi üzrə öhdəliklərdən danışmağa haqqı yoxdur.

TurkicWorld xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova həftəlik brifinqdə Fransanın XİN rəhbərinin Ermənistandakı bəyanatlarını şərh edərkən deyib.

"Dünən Fransanın xarici işlər naziri İrəvanda olarkən Rusiyanın Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi üzrə hansısa öhdəlikləri yerinə yetirmədiyinə dair bir çox səs-küylü bəyanatlar verib. Fransanın öhdəliklərdən danışmağa haqqı yoxdur.

Xatırladım ki, Fransa Minsk razılaşmalarının icrasının birgə sponsoru, təminatçısı idi. Sonradan cənab Ollandan nə öyrəndik? Öyrəndik ki, onlar öhdəliklərini icra etməyi düşünmürlər.

Mən Katrin Kolonnanın yerində olsa idim, Fransanın özünü vasitəçi adlandırdığı və ya hesab etdiyi ölkələr arasında münasibətlərin tənzimlənməsi üzrə təminat və öhdəliklərlə bağlı susardım. Yaxşı olardı ki, o əvvəlcə Minsk razılaşmaları barədə hesabat versin. Axı bu, BMT Təhlükəsizlik Şurasının qətnaməsidir", - o deyib.

Qeyd edək ki, Azərbaycan XİN dünən Fransanın Avropa və xarici işlər naziri Katrin Kolonanın Ermənistana səfəri çərçivəsində mətbuat konfransı zamanı Azərbaycana qarşı səsləndirdiyi əsassız iddiaları qətiyyətlə pisləyib və rədd edib.

Mövzuya görə xəbərlər