Son dəqiqə

Azərbaycan Şuşa

Şuşada sürətli və məhsuıdar bərpa işlərinı başladıq - Aydın Kərimov

Bakı. TurkicWorld:

Şuşa erməni işğalına məruz qalmışdı, tarixi abidələr dağıdılmışdı. İşğaldan azad edildikdən sonra biz Şuşada sürətli və məhsuıdar bərpa işlərinı başladıq.

TurkicWorld-in məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonundakı xüsusi nümayəndəsi Aydın Kərimov II Azərbaycan Milli Şəhərsalma Forumunda çıxışı zaman deyib.

O qeyd edib ki, Şuşada hündürmərtəbəli binalar tikilməsi nəzərdə turulmur.

“Biz Şuşada tarixi binaları və fərdi evləri bərpa edəcəyik. Şuşada 200-ə qədər tarixi və mədəni abidələr mövcuddur. Onların bir hissəsi ermənilər tərəfindən dağıdılıb. İndiyə qədər 15 tarixi abidə bərpa edilib və dörd abidənin bərpası istiqamətində işlər apaılır”, - deyə o, bildirib.

Aydın Kərimovun sözlərinə, Şuşa şəhərinin böyük hissəsi tarixi əhəmiyyətlidir.

"Bu baxımdan Şuşada tikinti ilə bağlı məhdudiyyətlər var. Şuşa şəhərinin ərazisi 500 hektara bərabərdir və Şuşanın hər bir kvadrat metri bizim üçün vacib əhəmiyyətə malikdir", - deyə o, əlavə edib.

Mövzuya görə xəbərlər