İrəvanın Qarabağda erməni silahlı birləşmələrinin olduğunu inkar etməsi vəziyyəti daha da qızışdırdı - Rusiya XİN

İrəvanın Qarabağda erməni silahlı birləşmələrinin olduğunu inkar etməsi vəziyyəti daha da qızışdırdı - Rusiya XİN

Bakı. TurkicWorld:

İrəvanın Qarabağda erməni silahlı birləşmələrinin olduğunu inkar etməsi vəziyyəti daha da qızışdırdı.

TurkicWorld xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında deyilir.

Qeyd olunub ki, Ermənistan hökumətinin qeyri-uzaqgörən siyasəti səbəbindən ölkənin təhlükəsizliyi sahəsində bir sıra razılaşmaların həyata keçirilməsi mümkün olmayıb.

Bəyanatda bildirilib ki, 10 noyabr 2020-ci il tarixindən sonra rəsmi İrəvanın Qarabağda erməni silahlı birləşmələrinin olduğunu israrla təkzib etməsi vəziyyəti daha da qızışdırıb və sentyabrda vəziyyətin kəskinləşməsinin əsas səbəbi məhz bu oldu.

"Rus sülhməramlı kontingentinin vasitəçiliyi ilə sentyabrın 20-də Ermənistan silahlı bölmələrinin qalıqlarının Qarabağdan çıxarılması barədə əldə olunan razılaşma real mənzərəni aşkarladı və vəziyyətin davamlı sabitləşməsi üçün ilkin şəraiti yaratdı", - Rusiya Xİ-in bəyanatında deyilir.