Son dəqiqə

BMT Ceyhun Bayramov BMT Təhlükəsizlik Şurası

Ceyhun Bayramov BMT Baş Assambleyasının sessiyasında çıxış edir

Bakı. TurkicWorld:

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 78-ci sessiyasında çıxış edir.

TurkicWorld xəbər verir ki, nazir sessiya çərçivəsində ikinci dəfə BMT kürsüsündən beynəlxalq ictimaiyyətə səslənir.

Bundan əvvəl C.Bayramov BMT Təhlükəsizlik Şurasının sentyabrın 21-də Qarabağla bağlı keçirilən iclasında danışıb.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün BMT Baş Assambleyasının (UNGA) 78-ci sessiyasında çıxış edəcək.

C.Bayramov BMT Təhlükəsizlik Şurasının sentyabrın 21-də Qarabağla bağlı keçirilən iclasında çıxış edib.

Qeyd edək ki, Azərbaycanın Xin başçısı ABŞ-ın Nyu-York şəhərində səfərdədir.

Xatırladaq ki, Baş Assambleya 1945-ci ildə yaradılıb və BMT-nin əsas məsləhətçi, siyasət və nümayəndəlik orqanıdır və hazırda BMT-yə üzv olan 193 ölkənin BMT baş Assambkeyasında da təmsil olunur. Assambleyanın əsas iclası hər ilin sentyabr ayların keçirilir.

Mövzuya görə xəbərlər