Son dəqiqə

Azərbaycan Qarabağ Rufiz Hafizoğlu

Qarabağda yaşayan ermənilərin reinteqrasiyası çox önəmlidir - Rufiz Hafizoğlu İordaniyanın Əl-Məmləkə telekanalına müsahibə verib

Bakı. TurkicWorld:

Qarabağda yaşayan ermənilərin reinteqrasiyası çox önəmlidir və bu baxımdan 21 sentyabr tarixində Azərbaycanın Yevlax şəhərində keçirilən görüş olduqca önəmlidir.

TurkicWorld xəbər verir ki, bunu İordaniyanın Əl-Məmləkə telekanalına müsahibəsində Trend BİA-nın baş direktorunun müavini Rufiz Hafizoğlu bildirib.

Hafizoğlu qeyd edib ki , Azərbaycan antiterror tədbirlərinin başladığı birinci gündən bəyan edib ki, bu tədbirlər dinc əhaliyə qarşı aparılmır.

"Bölgədə sülh və sabitliyə ciddi ehtiyac var və Azərbaycan bunun üçün ciddi addımlar atır",- deyə o, bildirib.

Mövzuya görə xəbərlər