Son dəqiqə

Azərbaycan Qarabağ Hikmət Hacıyev BQXK Rusiya sülhməramlıları

Meydanda qalan döyüşçülərin meyitlərinin toplanması üçün Rusiya sülhməramlıları ilə iş aparılır

Bakı. TurkicWorld:

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Beynəlxalq Qızıl Xaç Komitəsinin Bakı Ofisi, həmçinin, digər beynəlxalq tərəfdaşlarla görüşüb.

TurkicWorld xəbər verir ki, Hikmət Hacıyev görüşdə bildirib ki, meydanda qalan döyüşçülərin meyitlərinin toplanması üçün Rusiya sülhməramlıları ilə iş aparılır:

"Biz BQXK-nin Cenevrə ofisindən əlavə heyətin qəbulunu dəstəkləyirik", - Prezidentin köməkçisi qeyd edib.

Xəbər yenilənəcək

Mövzuya görə xəbərlər