Son dəqiqə

Rusiya ABŞ Dövlət Departamenti Ağdam-Xankəndi yolu Rusiya Qızıl Xaç Cəmiyyəti Laçın yolu

Laçın və Ağdam yolu BQXK üçün eyni anda açılmalıdır - ABŞ Dövlət Departamenti

Bakı. TurkicWorld:

ABŞ Dövlət Departamenti Rusiya yardımının Ağdam yolu ilə Xankəndiyə çatdırılmasına münasibət bildirib.

TurkicWorld xəbər verir ki, Dövlət Departamentinin nümayəndəsi Yuri Kim yardımın Ağdam yolu ilə Xankəndiyə çatdırılmasını müsbət addım kimi qiymətləndirib.

"İndi Laçın və Ağdam yolu Beynəlxalq Qırmızı Xaç Komitəsi üçün eyni anda açılmalıdır", - o qeyd edib.

Qeyd edək ki, dünən Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən göndərilən yükün Xankəndinə keçidi baş tutub. Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən ərzaq və qeyri-ərzaq məhsulları ilə dolu, ümumilikdə 1 TIR ərzaq yükü artıq Ağdam rayonundan keçərək Xankəndinə doğru hərəkət edib.

Xatırladaq ki, Rusiya hökumətinin təşəbbüsü ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Rusiya Qızıl Xaç Cəmiyyətinin birgə əməkdaşlıq memorandumuna əsasən, Rusiya tərəfindən Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlərinin ərzağa olan ehtiyaclarının qarşılanması məqsədi ilə, Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən göndərilən ərzaq və qeyri-ərzaq məhsulları ilə, ümumilikdə 1 TIR ərzaq yükü 2 gündür Bərdə şəhərində gözlədilirdi. Separatçı erməni dəstələri humanitar yardımın Ağdam-Xankəndi yolu ilə Xankəndinə getməsinə maneə törədirdi.

Mövzuya görə xəbərlər