Bakı. TurkicWorld:
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT-nin Cenevrədəki ofisinin baş direktoru Tatyana Valovaya ilə görüşüb.
TurkicWorld xəbər verir ki, bu barədə Azərbaycan XİN-in "X" (tvitter) sosial şəbəkə hesabında yazılıb.
"Görüş zamanı BMT-nin Cenevrədəki ofisi və Azərbaycan arasında əməkdaşlığın müxtəlif istiqamətləri müzakirə olunub. BMT rəsmisi regiondakı mövcud vəziyyət barədə məlumatlandırılıb", - deyə bildirilib.
Qeyd edək ki, 11 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İsveçrə Konfederasiyasının Cenevrə şəhərinə işgüzar səfərə yola düşüb.