Son dəqiqə

Azərbaycan Rusiya Cənubi Qafqaz Aleksey Overçuk

Cənubi Qafqazda nəqliyyat əlaqələrinin açılması üzrə danışıqlar davam edir - Rusiya baş nazirinin müavini

Bakı. TurkicWorld:

Cənubi Qafqazda nəqliyyat əlaqələrinin açılması üzrə danışıqlar davam edir, lakin Ermənistanla Azərbaycan arasında münasibətlərin kəskinləşməsi bu fəaliyyətə təsir göstərir.

TurkicWorld xəbər verir ki, bunu Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk Şərq İqtisadi Forumu (EEF-2023) çərçivəsində jurnalistlərə deyib.

"Əlbəttə, istənilən kəskinləşmə həmişə bizim işimizə mənfi təsir göstərir, maneəçilik törədir, işi ləngidir və biz yenidən qayıdaraq masa arxasına keçib işə davam edənədək vaxt keçir", - deyən Overçuk "Danışqlar dayanmayıb, davam edir", - deyə əlavə edib.

Onun sözlərinə görə, Rusiya, Ermənistan və Azərbaycanın baş nazir müavinlərinin regionda nəqliyyat əlaqələrinin açılması üzeə növbəti görüşü bunun üçün lazımi şərait formalaşanda keçiriləcək.

Bundan əvvəl Aleksey Overçuk işçi qrupun son yekunlarına əsasən Azərbaycanla Ermənistan arasında nəqliyyat əlaqələrinin açılmasının razılaşdırılmasında mühüm irəliləyiş əldə ediblər.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Mövzuya görə xəbərlər