...

İran həmişə Azərbaycana sülh, təhlükəsizlik və rifah arzulayır - Seyid Abbas Musəvi

Siyasət Digər xəbərlər 24 Sentyabr 2021 19:30
TurkicWorld Aytac Aliyeva
İran həmişə Azərbaycana sülh, təhlükəsizlik və rifah arzulayır - Seyid Abbas Musəvi

İran həmişə Azərbaycana sülh, təhlükəsizlik və rifah arzulayır.

TurkicWorld xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi "Müqəddəs Müdafiə Həftəsi" ilə əlaqədar keçirilən tədbirdə deyib.

S.A.Musəvinin sözlərinə görə, İranla Azərbaycan arasında dostluq və qardaşlıq çoxlu ortaqlıqlara əsasən əbədidir.

Musəvi əlavə edib ki, İran üçün qonşuluq siyasəti və qonşu ölkələr prioritet daşıyır.

İran səfiri azadlıq və müstəqillik uğrunda həlak olan Azərbaycan və İran şəhidlərinə rəhmət diləyib.

Məqalədə:
REKLAM
Xəbərlər

Xəbər lenti