Son dəqiqə

Azərbaycan Müdafiə Nazirliyi Basarkeçər Qeyri-qanuni erməni silahlı dəstələri

Ermənistan təxribatının qarşısı alınıb - MN

Bakı. TurkicWorld:

Avqustun 14-də saat 19:25 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən atəş mövqelərinin dəstəyi ilə Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Mollabayramlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinin qarşısında təxribat məqsədilə mühəndis işləri görməyə cəhd göstəriblər.

Bu barədə TurkicWorld-a Müdafiə Nazirliyindən məlumat verilib.

Aparılan işlərin dərhal dayandırılması və atəş nöqtələrinin susdurulması məqsədilə Ordumuzun bölmələri tərəfindən təxirəsalınmaz tədbirlər görülüb

Mövzuya görə xəbərlər