Son dəqiqə

Azərbaycan Özbəkistan Aydın Mirzəzadə

Azərbaycan-Özbəkistan münasibətləri yüksək dinamika ilə inkişaf edir - Aydın Mirzəzadə (ÖZƏL)

Bakı. TurkicWorld:

Azərbaycan-Özbəkistan münasibətləri yüksək dinamika ilə inkişaf edir.

Bu sözləri TurkicWorld-a özəl açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib.

"Özbəkistanda prezident seçkilərində qalib gələn Şavkat Mirziyoyev tək regionda deyil, həm də dünyada tanınan dövlət başçılarından biridir. O hakimiyyətdə olduğu dövrdə bir çox islahatlar aparıb. Özbəkistanla digər dövlətlərin münasibətlərinin yaxşılaşdırılması üçün çoxlu işlər görüb. Özbəkistan Türk Dövlətləri Təşkilatına qəbul edildi. Türk inteqrasiya prosesində fəal iştirak edən ölkələrdən biridir. Şavkat Mirziyoyev ölkənin imicinin qaldırılması, beynəlxalq birlikdə ölkəsinin nüfuzunun artması üçün böyük işlər görüb",- deyə deputat qeyd edib.

Aydın Mirzəzadə vurğulayıb ki, Şavkat Mirziyoyev Azərbaycanla əlaqələrin möhkəmlənməsinə mühüm töhfələr verib. O, ilk dəfə dövlət başçısı seçildikdən qısa müddət sonra Azərbaycana səfər etdi. Bu səfər zamanı ölkəmizə öz hörmət və məhəbbətini bildirib.

"Azərbaycan-Özbəkistan münasibətləri demək olar ki, bütün sahələrdə möhkəmlənib. Yeni sahələr üzrə əməkdaşlıq məsələləri nəzərdən keçirilib. Bu il Azərbaycan ilk dəfə, ilk Türk dövləti ilə-Özbəkistanla birgə investisiya fondu yaradıb. Qarşılıqlı şəkildə iki ölkə iqtisadi, mədəni, elmi əlaqələrin inkişafına böyük diqqət yetirir. Cənab Prezident İlham Əliyev, Şavkat Mirziyoyevi yenidən prezident seçilməsi münasibətilə təbrik edən ilk dövlət başçılarından oldu. İnanırıq ki, Azərbaycan-Özbəkistan münasibətləri yüksək dinamika ilə inkişaf etməyə davam edəcək", - deyə Milli Məclisin deputatı əlavə edib.

Mövzuya görə xəbərlər