Bakı. TurkicWorld:
Səngərlərin qazılmasına cəhd göstərən erməni silahlı dəstələrinin fəaliyyətinin qarşısı alınıb.
Bu barədə TurkicWorld-ə Müdafiə Nazirliyindən bildirilib.
Məlumata əsasən, mühəndis texnikasının cəlb olunması ilə müxtəlif istiqamətlərdə təminat yollarının genişləndirilməsi, səngərlərin qazılması, sığınacaqların hazırlanması, eləcə də döyüş mövqelərinə müşahidə kameralarının quraşdırılmasına cəhd edən qeyri-qanuni erməni silahlı dəstələrinin fəaliyyəti bölmələrimiz tərəfindən görülən tədbirlər nəticəsində dayandırılıb.






