Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının nüfuzu daha da artıb – Musa Quliyev (ÖZƏL)

Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının nüfuzu daha da artıb – Musa Quliyev (ÖZƏL)

Bakı. TurkicWorld:

Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etdiyi dövrdə təşkilatın fəaliyyəti daha da genişlənib.

Bunu TurkicWorld-ə özəl açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

O qeyd edib ki, Qoşulmama Hərəkatı üzvlərinin sayına görə BMT-dən sonra ikinci ən böyük təşkilatdır.

“Qeyd etmək lazımdır ki Azərbaycan 2011-ci ildə bu təşkilata üzv olub və həmin dövrdən sonra Azərbaycanın haqq işi xüsusilə Qarabağ münaqişəsi ilə bağlı Qoşulmama Hərəkatı müxtəlif səviyyələrdə qətnamələr, qərarlar qəbul edib.” – deyə Musa Quliyev bildirib.

O əlavə edib ki, Qoşulmama Hərəkatına üzv olan ölkələr BMT-nin Azərbaycana qarşı yönəlmiş qərarlarının icrası ilə bağlı öz narahatlıqlarını ifadə ediblər.

“Azərbaycanın işğal olunmuş ərazilərinə Erməni hərbi birləşmələrinin çıxarılması ilə əlaqədar BMT-nin dörd qətnaməsi icra olunmamış vəziyyətdədir.” – deyə sədr vurğulayıb.

Musa Quliyev bildirib ki, Azərbaycan 2019-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrlik edib ki, bu müddətdə təşkilatın tarixində ən parlaq dövrlərdən biri hesab kimi edilir.

“Bu zaman ərzində Cənab Prezident İlham Əliyevin pandemiya dövründə irəli sürdüyü bir çox təşəbbüslər BMT səviyyəsində dəstəklənib. 2021-ci ilin dekabr ayında korona virusla mübarizədə vaksinasiyanın hamıya əlçatanlığı ilə bağlı xüsusi bir sesiya keçirilmişdir.” – deyə sədr əlavə edib.

O qeyd edib ki, Azərbaycanın təşəbbüsü ilə Qoşulmama Hərəkatının Gənclər şəbəkəsi yaradıldı və parlament şəbəkəsi formalaşdırılıb.

“Hal-hazırda Azərbaycanda Qoşulmama Hərəkatının nazirlər şurasının xüsusi iclası keçirilir və bir çox ölkələrdən nazirlər, nazir müavinləri və digər rəsmi şəxslər burada iştirak edirlər. Cənab Prezidentin bu toplatıdakı çıxışı Azərbaycanın Qoşulmama Hərəkatına verdiyi önəmin bariz nümunəsidir.” – deyə Musa Quliyev bildirib.

Daspina Hasanova

Twitter: @Daspina9