ATƏT Minsk qrupunun rusiyalı yeni həmsədri Cənubi Qafqaza səfər edəcək

ATƏT Minsk qrupunun rusiyalı yeni həmsədri Cənubi Qafqaza səfər edəcək

ATƏT Minsk qrupunun Rusiyadan olan yeni həmsədri İqor Xovayev Cənubi Qafqaza səfər edəcək.

TurkicWorld-un məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova deyib.

O bildirib ki, Rusiya ATƏT Minsk qrupu həmsədrlərinin mövcud mandat əsasında Qarabağ tənzimlənməsi üzrə işinin fəallaşdırılmasını dəstəkləyir: "Həmsədrlər Bakı ilə Yerevan arasında etimadın yüksəldilməsinə kömək göstərə bilər. Minsk qrupunun yeni həmsədri regiona səfər edəcək".