Son dəqiqə

Mariya Zaxarova

Ermənistan iqtisadiyyatı "Mir" kartlarından imtinaya görə ciddi itkilər yaşayacaq - Zaxarova

Bakı. TurkicWorld:

Ermənistan iqtisadiyyatı "Mir" kartlarından imtinaya görə ciddi itkilər yaşayacaq.

TurkicWorld xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova bugünkü brifinqdə deyib.

"Təəssüf hissi ilə bildiririk ki, İrəvan bu məsələdə də Qərbin təzyiqinə tabe oldu. Ölkə iqtisadiyyatı ciddi itkilər yaşayacaq", - o deyib.

Qeyd edək ki, martın 30-dan Ermənistanda "Armenian Card" (ArCa) illi ödəniş sisteminin iştirakçısı olan bankların əksəriyyəti Rusiyanın "Mir" kartlarına xidmət göstərməyi dayandırıb. Ermənistanın "Armenian Card" (ArCa) ödəniş sistemi "Mir" kartlarının operatoru olan Milli Ödəniş Kartları Sistemini qərar barədə əvvəlcədən məlumatlandırıb.

Mövzuya görə xəbərlər