Son dəqiqə

Tural İsmayılov

Azərbaycan ordusu öz gücünü bütün dünyaya sübut etdi - Tural İsmayılov (ÖZƏL)

Bakı. TurkicWorld:

Azərbaycan ordusu bu gün öz gücünü bütün dünyaya sübut edib.

Bu sözləri TurkicWorld-a özəl açıqlamasında politoloq Tural İsmayılov deyib.

O, 26 iyun tarixinin Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb etdiyini bildirib.

“Bu gün 44 günlük Vətən müharibəsində qələbə əldə etməyimizdə böyük əməyi olan güclü ordumuzun günüdür. Ümumiyyətlə, Azərbaycan ordusunun, xüsusilə də cənab İlham Əliyevin bu sahənin inkişaf etdirilməsində qarşısına qoyduğu hədəf sürətlə irəlilədi. Hesab edirəm ki, biz 26 iyunu daha təmtəraqlı qeyd etməliyik”, - deyə politoloq qeyd edib.

Tural İsmayılovun sözlərinə görə, 2020-ci ildən sonra qalib Azərbaycan ordusu yenidən strukturlaşıb və təkminləşdirilib.

“Bu gün Azərbaycan ordusunun imkanları əvvəlkindən dəfələrlə artıqdır. Belə güclü orduya malik olmaqla Azərbaycan təkcə region üçün deyil, bütövlükdə Türk dünyası üçün nə qədər önəmli bir dövlət olduğunu bir daha sübut edir”, - deyə o vurğulayıb.

Mehriban Xəlilli
@MXalilbakova

Mövzuya görə xəbərlər