Son dəqiqə

Tural İsmayılov

Bu gün dövlətçiliyimiz məhz Ulu Öndərin siyasi irsinin yolu ilə inkişaf edir- Tural İsmayılov (ÖZƏL)

Bakı, TurkicWorld

Bu gün dövlətçiliyimiz məhz Ulu Öndərin siyasi irsinin yolu ilə inkişaf edir.

Bu fikirləri TurkicWorld-a özəl açıqlmasında Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, politoloq Tural İsmayılov qeyd edib.

O bildirib ki, Ümummilli Lider Heydər Əliyevin idealları təkcə dövlətçilik deyil, xalqın varlıq və inkişaf fəlsəfəsidir.

“Azərbaycan xalqı onun ölkəmizə qazandırdığı töhfələri heç bir zaman unutmayacaq. Ulu Öndər respublikamızda demokratik-hüquqi dövlət quruculuğu prosesini insan hüquqlarının təmin edilməsi kontekstində səciyyələndirərək göstərirdi: “Biz demokratiya yolu seçmişik, demokratiyanı da inkişaf etdiririk. İnsan haqlarını təmin etmişik. Azərbaycanda mətbuat azadlığı, vicdan azadlığı, söz azadlığı tamamilə təmin olunub. Siyasi plüralizm hökm sürür. Hər şey demokratik prinsiplər əsasındadır", - deyə politoloq qeyd edib.

Onun sözlərinə görə, ölkəmizdə insan hüquqlarının qorunması və təmin edilməsi siyasətinin həyata keçirilməsinə, bu sahədə milli mexanizmlərin təkmilləşdirilməsinə yönəlmiş tədbirlər sırasında Azərbaycan Prezidentinin "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" 1998-ci il 22 fevral tarixli Fərmanı əhəmiyyətli yer tutur.

“Həmin Fərmanda qeyd olunur ki, Azərbaycan müstəqillik qazandıqdan sonra Müstəqil Dövlətlər Birliyinin tamhüquqlu üzvü kimi əsrlərin sınağından çıxmış ümumbəşəri dəyərlərin üstünlüyünü qəbul edərək, demokratik-hüquqi və dünyəvi dövlət quruculuğunun özünün inkişaf yolunu seçib.

Ölkəmizdə ölüm hökmünün ləğvi və bir sıra vacib qərarlar dünya üçün örnək rol oynadı”,- deyə o söyləyib.

T.İsmayılov bildirib ki, xoşbəxt xalqıq ki, bizim Ulu Öndərimiz Heydər Əliyev olub və onun siyasi irsi layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

“Ulu öndər Türk dünyasının yeni erasını başladan böyük qurtuluş sərkərdəsi idi”,- deyə politoloq vurğulayıb.

Mehriban Xəlilli

@MXalilbekova

Mövzuya görə xəbərlər